Yusibov Zəfər | Azərbaycan Qəhrəmanları
About Images

Yusibov Zəfər Qəzənfər

Yusibov Zəfər Qəzənfər oğlu 1982-ci ildə anadan olub. 

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki olan Zəfər Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Murovdağ, həmçinin Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə savaşıb və döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

O, həmçinin  "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə də təltif edilib. 


Doğum Günü - 18.05.2024