Zalov Fəqan | Azərbaycan Qəhrəmanları
About Images

Zalov Fəqan Amil

Fəqan Zalov 1997-ci il aprelin 1-də anadan olub.

Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. 

Azərbaycan Ordusunun Su Altı Hücum Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.


Doğum Günü - 01.04.1997
Anım Günü - 09.11.2020