Abdullazadə Azər | Azərbaycan Qəhrəmanları
About Images

Abdullazadə Azər Rizvan

Azər Abdullazadə 18 fevral 2001-ci ildə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Azər Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə qazi olaraq sağ gözünü itirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. 


Doğum Günü - 18.02.2001