Zeynalov Zaur | Azərbaycan Qəhrəmanları
About Images

Zeynalov Zaur İlham

Zeynalov Zaur İlham oğlu 23 sentyabr 1975-ci ildə anadan olub.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Zaur Zeynalov Murov zirvəsinin, Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Zeynalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

O, həmçinin Aprel döyüşlərinin iştirakçısıdır.   


Doğum Günü - 23.09.1975