Quliyev Zaur | Azərbaycan Qəhrəmanları
About Images

Quliyev Zaur Hikmət

Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Zaur Quliyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Quliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.


Doğum Günü - 18.05.2024