Məmmədov Zaur Cavanşir | Azərbaycan Qəhrəmanları
About Images

Məmmədov Zaur Cavanşir Sabir

General-mayor Məmmədov Zaur Cavanşir Sabir oğlu Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmiş, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. Zaur Cavanşir 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.

Zaur Cavanşir "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir. Eyni zamanda "Vətən Müharibəsi Qəhrəmanı", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə də təltif edilmişdir. 


Doğum Günü - 18.05.2024