İbrahimov Xaliq | Azərbaycan Qəhrəmanları
About Images

İbrahimov Xaliq Arif

Xaliq İbrahimov 1985-ci il iyulun 11-də  anadan olub. 

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xaliq İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı döyüşlərində savaşıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən, polkovnik-leytenant Xaliq İbrahimov "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. 

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında polkovnik-leytenant olaraq xidmət edən Xaliq İbrahimov, müharibədən sonra Hərbi Dəniz Qüvvələrinin sıralarında I dərəcəli kapitan kimi xidmətini davam etdirməyə başladı.


Doğum Günü - 01.07.1985