Baxışov Səxavət | Azərbaycan Qəhrəmanları
About Images

Baxışov Səxavət Məmməd

Baxışov Səxavət Məmməd oğlu 3 aprel 1979-cu ildə anadan olub. 

Quru Qoşunlarının zabiti olan Səxavət Baxışov Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Doğum Günü - 03.04.1979