Hüseynquliyev Şahin | Azərbaycan Qəhrəmanları
About Images

Hüseynquliyev Şahin Yusif

 

MAYOR  HÜSEYNQULİYEV ŞAHİN YUSİF OĞLU  30.04.1991-ci ildə anadan olmuşdur.

Yüksək komandir keyfiyyətləri, tələbkarlığı ilə seçilən mayor Hüseynquliyev Şahin Vətən Müharibəsinin ilk günlərində öz qrupu ilə birgə Daşkəsən rayonu ərazisində yerləşən Hinaldağ və Ağdağ yüksəkliyi istiqamətində yerləşən düşmən müdafiəsinin yarılması əməliyyatlarında yaxından iştirak etmişdir. Füzuli, Cəbrayıl və Xocavənd rayonu ərazisində gedən döyüş əməliyyatlarına qoşulmuş, Hadrut qəsəbəsinin düşməndən azad olunmasında, qəsəbənin və ətraf ərazilərin düşməndən təmizlənməsində şücaət göstərmişdir.

20 oktyabr 2020-ci ildə mayor Hüseynquliyev Şahin Müdafiə Nazirliyinin  xüsusi təyinatlı dəstəsi ilə birlikdə düşmən arxasına sızmış, Zoğalbulaq, Böyük Tağlar kəndləri istiqamətində 5 km dərinliyə doğru hərəkət etmişdir. 21 oktyabr 2020-ci il tarixdə Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsində xüsusi fərqlənmiş, başçılıq etdiyi qrupla azad olunan yaşayış məntəqələrinin düşməndən təmizlənməsi əməliyyatlarında  iştirak etmişdir.

26-29 oktyabr 2020-ci il tarixlərdə Taqaverd, Zərdanaşen, Çanaqçı kəndlərinin  düşməndən azad edilməsi əməliyyatında iştirak edərək xüsusi qəhrəmanlıq göstərmişdir.

30 oktyabr 2020-ci il tarixdən mayor Hüseynquliyev Şahin Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsi ilə birlikdə Şuşa şəhərinin azad olunması əməliyyatlarına qatılmış, 5 noyabr 2020-ci il tarixində Laçın yolu və Şuşa şəhəri ətrafındakı yüksəkliklərin ələ keçirməsində iştirak etmişdir. 7 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin darvazalarına 500 metr məsafədə yerləşən əsas strateji yüksəkliyin ələ keçirilməsi ilə digər qrupların şəhərə təhlükəsiz yaxınlaşması təmin edilmişdir. 

07 noyabr 2020-ci ildə Şuşa şəhərinə daxil olunmuş, 08 noyabr 2020-ci ildə həyata keçirilən əməliyyat nəticəsində Muxtarkən kəndinə paralel Xankəndi istiqamətində yerləşən 5 strateji yüksəklik ələ keçirilmiş, 09 noyabr 2020-ci il tarixinədək şəxsən mayor Şahin Hüseynquliyevin rəhbərliyi ilə nəzarətdə saxlanılmış və Müdafiə Nazirliyinin müvafiq bölmələrinə təhvil verilmişdir.


Doğum Günü - 30.04.1991