Qasımlı Rəşad | Azərbaycan Qəhrəmanları
About Images

Qasımlı Rəşad Məzahir

Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində anadan olub. 

2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur. 

"Vətən Müharibəsi Qəhrəmanı", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.


Doğum Günü - 31.12.1991