Nadirov Rəşad | Azərbaycan Qəhrəmanları
About Images

Nadirov Rəşad Soltanağa

Rəşad Nadirov 13 iyun 1982-ci ildə doğulub.

Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində düşmən həmlələrinin qarşısını almaq məqsədilə uçuşlar edib. Hədəfin seçilib dəqiq məhv edilməsində peşəkarlıq nümayiş etdirmişdir. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətindəki Arazboyu hücumları zamanı qoşunlara hava dəstəyi verilməsində yaxından iştirak etmişdir. Düşmənin hücuma keçən tank kalonu və avtomobil texnikasının məhvində, geridən ön xəttə gətirilən silah-sursat və eləcə də ərzaq təminatının qarşısının alınmasında da uğurlu əməliyyatları olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. 


Doğum Günü - 13.06.1982