Şıxnəbiyev Renat | Azərbaycan Qəhrəmanları
About Images

Şıxnəbiyev Renat Güləmməd

Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə anadan olmuşdur.

2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib. Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Renat Şıxnəbiyev xüsusi təyinatlıların "N" saylı hərbi hissəsinin zabiti kimi döyüşlərdə yaxından vuruşmuşdur.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2018-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyev "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Renat Şıxnəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Doğum Günü - 31.12.1990