İsrayılov Raqif | Azərbaycan Qəhrəmanları
About Images

İsrayılov Raqif İbadulla

Polkovnik İsrayılov Raqif İbadulla oğlu  11 mart 1975-ci ildə anadan olmuşdur.  

Quru Qoşunlarının zabiti olan Raqif İsrayılov Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Raqif İsrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.


Doğum Günü - 11.03.1975