Mövlanov Nizami | Azərbaycan Qəhrəmanları
About Images

Mövlanov Nizami Bəydəmir

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Quru Qoşunlarının zabiti olan Nizami Mövlanov Cəbrayıl, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.


Doğum Günü - 19.05.2024