İslamzadə Namiq | Azərbaycan Qəhrəmanları
About Images

İslamzadə Namiq Sərəfruz

General-mayor İslamzadə  Namiq Sərəfruz oğlu 7 may 1974-cü ildə anadan olmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu Azərbaycan Respublikasının Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş və 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

9 dekabr 2020-ci ildə "Vətən Müharibəsi Qəhrəmanı" adı alan general-mayor İslamzadə Namiq Sərəfruz oğlu bundan öncə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" və “Vətən uğrunda” medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 


Doğum Günü - 07.05.1974