İbrahimli Nail | Azərbaycan Qəhrəmanları
About Images

İbrahimli Nail Nəriman

 Şəhid Kiçik Gizir İbrahimli Nail Nəriman oğlu 04.03.1994-cü ildə anadan olmuşdur.

Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanan Nailin döyüş yolu Daşkəsən rayonu ərazisində yerləşən Hinaldağ istiqamətində başladı,  sonradan isə cəbhənin Füzuli, Cəbrayıl və Xocavənd istiqamətinə dəyişdirildi. Nail tərkibində olduğu qrupla birlikdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə xüsusi fərqlənmişdir.  

20-21 oktyabr 2020-ci il tarixlərdə Nail döyüşçü yoldaşları ilə birlikdə Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin və ətraf ərazilərin düşməndən azad edilməsi əməliyyatlarında şücaət göstərmişdir.

30 oktyabr 2020-ci il tarixdən Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri ilə birlikdə hərəkət edən Dövlət Sərhəd Xidmətinin 3 qrupundan birinin tərkibində döyüşən kiçik gizir İbrahimli Nail Şuşa şəhərinin azad olunması məqsədilə başlayan döyüş əməliyyatlarına qoşulmuş, Laçın yolu və Şuşa şəhəri ətrafındakı yüksəkliklərin ələ keçirilməsində xüsusi fərqlənmiş, şiddətli döyüşlərdən sonra noyabrın 7-də qruplarla birlikdə Şuşa şəhərinə daxil olmuşdur. Noyabrın 8-də Muxtarkənd kəndinin azad edilməsi və Xankəndi istiqamətində yerləşən strateji yüksəkliklərin əldə saxlanılması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.


Doğum Günü - 04.03.1994
Anım Günü - 08.11.2020