Seyidov Kənan | Azərbaycan Qəhrəmanları
About Images

Seyidov Kənan Əlihüseyn

General-mayor Seyidov Kənan Əlihüseyn oğlu 1 may 1974-cü ildə anadan olmuşdur.   

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandan müavini olan polkovnik Kənan Seyidov Cəbrayıl, Füzuli və Şuşa döyüşlərinin iştirakçısı olaraq qəhrəmanlıq nümunəsi göstərib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. 

    Bundan öncə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və İgidliyə görə" medalları ilə də təltif edilmişdir. 


Doğum Günü - 01.05.1974