Abdurahmanov Əfqan | Azərbaycan Qəhrəmanları
About Images

Abdurahmanov Əfqan Ağasəf

Abdurahmanov  Əfqan Ağasəf oğlu 25 may 1976-cı ildə anadan olub. 

Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Doğum Günü - 25.05.1976
Anım Günü - 10.10.2020