Camalov Ceyhun | Azərbaycan Qəhrəmanları
About Images

Camalov Ceyhun Fikrət

Ceyhun Fikrət oğlu Camalov 17 yanvar 1983-cü ildə anadan olub. 

2016-cı ildə Ceyhun Camalov Aprel döyüşlərində iştirak edib. 

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində xüsusi təyinatlı kimi iştirak etmişdir.            

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.


Doğum Günü - 17.01.1983