Qurbanov Babək | Azərbaycan Qəhrəmanları
About Images

Qurbanov Babək Vahid

General-mayor Qurbanov Babək Vahid oğlu 19.07.1982-ci ildə anadan olmuşdur.

Vətən müharibəsinin gedişatında “Hermes-450”, “Hermes-900” və “Qırğı” tipli pilotsuz uçuş aparatları vasitəsilə döyüş əməliyyatları rayonunda kəşfiy¬yat uçuşları aparılmasına,  düşmən haqqında toplanmış kəşfiyyat məlumatlarının “Harop”un idarə-etmə stansiyalarına, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “Döyüşü İdarəetmə Məntəqəsinə” ötürül¬məsinə bilavasitə rəhbərlik etmişdir. Pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş kəşfiyyat tədbirləri nəticəsində düşmən ordusunun hərbi hissələrinin dislokasiya yerləri, taktiki planları, şəxsi heyəti, hərbi texnikası, döyüşlərə cəlb etdiyi xarici muzdluların əraziyə çatdırılma marşrutları və digər hədəflər barədə məlumatları əldə etmişdir. Əldə olunan  məlumatlar əsasında “Harop" və “Qırği" zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmən hədəfləri dəqiq zərbələrlə məhv edilmiş, bir neçə halda isə silahlı qüvvələrimizin hərbi birləşmələri mühasirədən çıxarılmış və düşmən diversiyasının qarşısı vaxtında alınmışdır. Ümumilikdə, Vətən müharibəsinin gedişində düşmənə məxsus 290 strateji əhəmiyyətli hədəfin PUA-lar vasitəsilə məhv edilməsində onun böyük rolu olmuşdur. Eyni zamanda, “Harop” zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmənin hava hücumundan müdafiə vasitələri məhv edilməklə “Bayrak¬tar” kəşfiy¬yat və zərbəendirici pilotsuz uçuş aparatlarına düşmən ərazisinin dərinliklərinə hərəkət etməsi üçün şərait yaradılmışdır.

General-mayor Babək Qurbanov Vətən müharibəsinin gedişatında tabeliyində olan bölmələri qətiyyətlə idarə etmiş, şücaəti ilə onlara şəxsi nümunə göstərmişdir


Doğum Günü - 19.07.1982