Qasımov Anar | Azərbaycan Qəhrəmanları
About Images

Qasımov Anar Misir

Quru Qoşunlarının hərbi qulluqçusu olan Anar Qasımov Murov zirvəsinin, həmçinin Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.


Doğum Günü - 19.05.2024